Ukrayna prezidenti Volodimir Zelenski Çinin beş şirkətinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, müvafiq sənəd onun saytında dərc olunub.
Siyahıya ÇXR-də qeydiyyatdan keçmiş beş hüquqi şəxsin adı daxildir. Məhdudiyyətlər on il müddətinə tətbiq edilir.
Bunlara aktivlərin bloklanması, ticarət əməliyyatlarının qadağan edilməsi və aktivlərin Ukraynadan çıxarılması, lisenziyaların, xüsusən də yerin təkindən istifadəyə icazələrin ləğvi və s.daxildir.