İtaliyalı Davide Ançelotti "Botafoqo"nun baş məşqçisi təyin olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Braziliya klubunun saytı məlumat yayıb.
35 yaşlı Ançelotti ilə 2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Bu, Karlo Ançelottinin oğlu üçün baş məşqçi kimi ilk təcrübəsidir. İndiyədək o, atasının heyətində olub, onunla birlikdə "Bayern", "Napoli", "Everton", "Real Madrid" və Braziliya milli komandasında çalışıb.
Ançelotti klublararası dünya çempionatının 1/8 finalında "Palmeyras"a uduzduqdan sonra iyunun sonunda qovulan Renato Paivanı "Botafoqo"da əvəzləyib.