Beynəlxalq Cinayət Məhkəməsi (ICC) hakim Taliban qruplaşmasının lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin rəhbəri Əbdül Hakim Həqqaninin həbsinə order verib.
Ucnota.az xəbər verir ki, bu barədə ICC-nin saytında məlumat verilib.
Nəşr qeyd edir ki, Axundzadə və Haqqani qızlara və qadınlara gender əsaslı təqiblərə göstəriş vermək, təhrik etmək və ya həvəsləndirmək yolu ilə bəşəriyyətə qarşı cinayət törədiblər.
BCM hesab edir ki, cinayətlər Taliban 2021-ci il avqustun 15-də hakimiyyəti ələ keçirdiyi andan Əfqanıstan ərazisində törədilib və ən azı 2025-ci il yanvarın 20-dək davam edib.