63 yaşlı qadına qarşı quldurluq edilib

14:22 - 9 İyul 2025 - ÖLKƏ İÇİ

Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb. Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti