Kuba prezidenti bütün nüvə silahlarının ləğvinə çağırıb

08:22 - 18 İyun 2025 - DÜNYA

Kuba prezidenti Migel Dias-Kanel nüvə silahı olan bütün ölkələri, o cümlədən İsraili “tam sülhün təmin edilməsi” üçün onları məhv etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.
“Tam sülh yalnız o zaman təmin olunacaq ki, nüvə silahı olan bütün ölkələr, o cümlədən İsrail onları məhv etsin və bəşəriyyəti məhv etmək təhlükəsi yaradan çılğın silahlanma yarışı dayandırılsın” - Dias-Kanel qeyd edib.

Xəbər xətti