Birləşmiş Ştatlar İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsini qətiyyətlə pisləyir və bu cinayəti qorxaq antisemit zorakılığın həyasız hərəkəti kimi qiymətləndirir.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio deyib.
"Biz İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının qətlini ən kəskin şəkildə qınayırıq. Dualarımız onların yaxınları ilədir. Bu, qorxaqcasına antisemit zorakılığının həyasız hərəkətidir. Əmin olun, biz bu hadisədə iştirak edənləri tapıb məsuliyyətə cəlb edəcəyik", - Rubio X sosial şəbəkəsində yazıb.