PISA 2025 beynəlxalq tədqiqatının əsas mərhələsi davam edir

12:35 - 21 May 2025 - ÖLKƏ İÇİ

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan 125 nəfər şagird arasında PISA 2025 beynəlxalq tədqiqatının əsas mərhələsi keçirilir.

Ucnoqta.az xəbər verir ki, digər ümumi təhsil müəssisələri üzrə qiymətləndirmə növbəti gündə mərhələli şəkildə davam etdiriləcəkdir.

Qeyd edək ki, PISA-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır. Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, həmçinin bu biliklərin gündəlik həyatda tətbiqi səviyyəsini ölçən proqramdır.


Xəbər xətti