Hadisə şahidləri Moskva vilayətində magistral yolda McLaren superkarının partlamasını videoya çəkiblər.
Ucnoqta.az xəbər verir ki. hadisənin görüntülərini Baza Telegram-da yayıb.
Portalın məlumatına görə, sarı McLaren markalı avtomobil sürətlə şlaqbaumlara çırpılıb və daha sonra alovlanıb. Yayımlanan görüntülərdə yanğından sonra avtomobilin partladığı görünür. Superkarda iki nəfərin olduğu qeyd edilir; Hər ikisi partlayışdan əvvəl avtomobili tərk edə bilib və xəsarət almayıb.
Avtomobilin qiyməti təxminən yarım milyon manata yaxındır.