Hazırda Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur - Tramp

06:36 - 16 Avqust 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşü çox yaxşı keçdiyi üçün hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə baxmağa ehtiyac görmür.

Ucnoqta.az xəbər verir ki, o, avqustun 15-də sammitdən sonra “Fox News” telekanalına müsahibəsində Rusiya üçün mümkün nəticələrlə bağlı sualı cavablandırarkən deyib:

“Bu gün baş verənlərə görə, indi bu barədə düşünməyə ehtiyac görmürəm. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi", - Ağ Evin rəhbəri əlavə edib.

Eyni zamanda o, gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib. "Ola bilər ki, mən bu barədə iki və ya üç həftədən sonra düşünməli olacam, amma indi bu barədə düşünməyə ehtiyac yoxdur", - Tramp qeyd edib.

Xəbər xətti