ABŞ bir neçə ölkə ilə fələstinlilərin Qəzzadan köçürülməsinı müzakirə edir - Rubio

21:10 - 20 May 2025 - DÜNYA

Birləşmiş Ştatlar Qəzza zolağından fələstinlilərin müvəqqəti olaraq oraya köçürülməsinin mümkünlüyü xahişi ilə bir sıra ölkələrə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

Rusbio bəzi ölkələrlə bu barədə danışıldığını, "kimlərinsə könüllü və öz istəyi ilə bir müddət ayrılmaq istədiklərini" və bəzi ölkələrin "qəbul etməyə hazır olduqları" vəziyyətlərdən bəhs edib.

“Biz ilkin olaraq bir sıra ölkələrlə əlaqə saxladıq ki, onlar insanları daimi bir tədbir kimi deyil, yenidən qurulmasına aparan bir yol kimi qəbul etməyə hazır olub-olmaacaqlar”, - Rubio bildirib.
"Deportasiyadan söhbət gedə bilməz" - ABŞ dövlət katibi qeyd edib.

Xəbər xətti