Yarım milyon manatlıq avtomobil partlayaraq yandı - VİDEO

23:15 - 20 May 2025 - HADİSƏ

Hadisə şahidləri Moskva vilayətində magistral yolda McLaren superkarının partlamasını videoya çəkiblər.

Ucnoqta.az xəbər verir ki. hadisənin görüntülərini Baza Telegram-da yayıb.

Portalın məlumatına görə, sarı McLaren markalı avtomobil sürətlə şlaqbaumlara çırpılıb və daha sonra alovlanıb. Yayımlanan görüntülərdə yanğından sonra avtomobilin partladığı görünür. Superkarda iki nəfərin olduğu qeyd edilir; Hər ikisi partlayışdan əvvəl avtomobili tərk edə bilib və xəsarət almayıb.

Avtomobilin qiyməti təxminən yarım milyon manata yaxındır.

Xəbər xətti