Avropa İttifaqı (Aİ) “Azadlıq” radiosunu maliyyələşdirəcək və onun “Aİ-yə qonşu regionlarda”, Qafqaz və Mərkəzi Asiyada yayımını dəstəkləmək üçün büdcəsindən 5,5 milyon avro ayırıb.
Ucnoqta.az xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aİ “Azadlıq” radiosunun qonşu ölkələrində, həmçinin Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini təmin etmək məqsədi daşıyır.
"Bu, qısamüddətli maliyyələşdirmədir, indi Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə ilə bağlı öz aralarında razılıq tapmalıdırlar", - Kallas əlavə edib.