Yaponiya və ABŞ mayın 23-də tarif danışıqlarının üçüncü raundunu keçirə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
İqtisadiyyatın bərpası naziri Ryosei Akazavanın ABŞ-la tariflər və ticarət siyasəti ilə bağlı danışıqlarda Yaponiyanı təmsil edərək, bunun üçün Vaşinqtona getməsi gözlənilir.
Yaponiya KİV-lərinin məlumatına görə, Yaponiya tərəfi daha əvvəl ABŞ-dan qarğıdalı və soya idxalının artırılması, gəmiqayırma sahəsində texniki əməkdaşlıq və idxal olunan Amerika avtomobillərinin yoxlanılması meyarlarına yenidən baxılmasını ehtiva edən təkliflər paketini nəzərdən keçirib.
Bunun müqabilində Yaponiya ABŞ-ın ixracyönümlü iqtisadiyyatının əsasını təşkil edən avtomobil və ehtiyat hissələrinə tətbiq etdiyi tarifləri, eləcə də polad və alüminium tariflərini ləğv etmək istəyir.
Qeyd edək ki, Yaponiya və ABŞ artıq danışıqların iki raundu keçirib.