Sumqayıtda zavodda partlayış - xəsarət alanlar var

13:03 - 20 May 2025 - HADİSƏ

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. 

Ucnoqta.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

Xəbər xətti