Avropa İttifaqı Almaniyanın müharibə müxbiri Alina Lipp və bloger Tomas Röperi Rusiyanın xeyrinə “hibrid hərəkətlər” ittihamı ilə qara siyahıya salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının Aİ-nin rəsmi jurnalında dərc olunan sənədində deyilir.
Bu siyahı Rusiyaya qarşı 17-ci sanksiyalar paketindən ayrıca qəbul edilib. ,Ümumilikdə 21 nəfər və 6 şirkət siyahıya daxildir.