Pakistan Hindistanı hədələdi

15:44 - 21 May 2025 - DÜNYA

Hindistanın yenidən hərbi əməliyyatlara başlaması Pakistanın daha güclü reaksiyasına səbəb olacaq.

Ucnoqta.az xəbər verir ki, bu xəbərdarlığı Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Əhməd Şərif Çoudri verib.

"Pakistan və Hindistan iki nüvə dövlətidir. Hindistan hərbi münaqişəyə başlamaq istəyirsə, odla oynayır. O, atəşkəsi pozmağa çalışarsa, biz daha da sərt şəkildə cavab verəcəyik”, – Çoudri Britaniyanın “Financial Times” qəzetinə deyib.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü beynəlxalq ictimaiyyəti Hindistanı münaqişənin daha da gərginləşməsindən çəkindirməyə çağırıb. Rəsmi həmçinin iddia edib ki, Yeni Dehli Pakistanı terroru maliyyələşdirməkdə ittiham edərək yalançı bəhanə ilə əməliyyata başlayıb.

Xəbər xətti