Rusiya Ermənistanın KTMT-də fəal iştirakında maraqlıdır - Lavrov

13:16 - 21 May 2025 - DÜNYA

Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində fəal iştirakında maraqlıdır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya diplomatiyasının rəhbəri bildirib ki, söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlıq mövzusu qaldırılıb.
"Biz müttəfiqik. Bu il Ermənistanda Rusiya hərbi bazasının yaradılmasının 30 illiyi tamam olur ki, bu da ölkənin təhlükəsizlik maraqlarının təmin edilməsində mühüm komponentdir", - o əlavə edib və Rusiyanın hərbçilərlə hüquq-mühafizə orqanları, eləcə də iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx təmasların tərəfdarı olduğunu vurğulayıb.

"Bütün bunlar əvvəlki illərdə toplanmış zəngin təcrübəyə əsaslanmalıdır", - Rusiya XİN rəhbəri qeyd edib.

Xəbər xətti