Uzun müddət işıq olmadıqda, dondurucuda olan yeməklər əriyir və xarab olur. Sonra elektrik enerjisi gələndə yenidən donacaqlar və siz soyuducunuzdakı yeməyin xarab olduğunu belə bilməyəcəksiniz.
Ucnoqta.az xəbər verir ki, ancaq elektrik kəsilməsi zamanı soyuducunuzdakı yeməyin xarab olub olmadığını yoxlamağın bir yolu var. Bir stəkan suya və bir sikkəyə ehtiyacınız olacaq. Bir fincana su tökün və tamamilə dondurun. Buz üzərinə bir sikkə qoyun. Qayıdandan sonra sikkənin harada olduğunu yoxlayın.
Sikkə buzun səthindədirsə, hər şey yaxşıdır, dondurucu əridilməyib. Əgər sikkə buzun içinə batdısa, deməli, elektrik kəsilib və yemək yenidən əriyib donub. Və fincanın dibində bir sikkə varsa, bu, uzun müddət elektrik olmadığını və soyuducudakı yeməklərin xarab olduğunu göstərir.