Netanyahu bütün İsrail səfirliklərində təhlükəsizliyin gücləndirilməsini əmr etdi

11:04 - 22 May 2025 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda iki israilli diplomatın öldürülməsindən sonra ölkəsinin bütün diplomatik nümayəndəliklərində təhlükəsizliyin artırılması barədə göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə açıqlamanı hökumət başçısının aparatı yayıb.
O, Amerika paytaxtında baş verənlərdən danışaraq, faciənin İsrailə qarşı qızışdırmanın nəticəsi və antisemitizmin növbəti təzahürü olduğu qənaətində olduğunu bildirib.
"Biz antisemitizmin və İsrail Dövlətinə qarşı vəhşi təhrikin dəhşətli bədəlinin şahidi oluruq. İsrailə qarşı qanlı böhtanlar qan tökür və onlara qarşı sona qədər mübarizə aparılmalıdır. Mənim ürəyim əclaf antisemit qatil tərəfindən həyatları qısalmış gənc oğlan və qadının ailələri və yaxınları üçün ağrıyır", - Netanyahu bildirib.

Xəbər xətti