Qurban bayramının namaz vaxtı açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zülhiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcək.
"Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaq. Аzərbаycаndа 6-7 iyun Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilib", - fətvada bildirilir.