Mayın 15-də ABŞ prezidenti Donald Trampın administrasiyası “Amerikanın səsi” radiostansiyasının 600 əməkdaşını işdən çıxarmaq qərarına gəlib ki, bu da işçilərin demək olar ki, yarısını təşkil edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) yazır.
Məlumata görə, ixtisarla yanaşı, radiostansiyanın Vaşinqtondakı ofisi də satışa çıxarılıb.
Martın 16-da Abramowitz özünün və Amerikanın Səsinin faktiki olaraq bütün əməkdaşlarının - 1300-dən çox jurnalist və prodüserin ödənişsiz məzuniyyətə göndərildiyini elan edib.