Sumqayıtda 8-ci sinif şagirdini maşın vurub öldürdü

14:08 - 16 May 2025 - HADİSƏ

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Piyada hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti