Braziliya Futbol Konfederasiyasının prezidenti vəzifəsindən uzaqlaşdırıla bilər

18:51 - 7 May 2025 - İDMAN

Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriges yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırıla bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Globo” portalı məlumat yayıb.

Məlumata görə, funksionerin vəzifəsindən uzaqlaşdırılmasını Braziliya Konqresinin nümayəndəsi Daniela Karneyro tələb edib.
Karneiro Federal Ali Məhkəməyə etdiyi müraciətdə Rodriguesin 2022-ci ildə federasiya rəhbəri seçilməsinin legitimliyini tanıyan müqavilənin saxtalaşdırılmasında iştirak edə biləcəyini söyləyib.

2025-ci ilin martında Rodriges 2030-cu ilə qədər vəzifə yerinə yetirmək üçün yenidən seçilib.

Xəbər xətti