Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib - FOTO

17:44 - 7 May 2025 - ÖLKƏ İÇİ

Mil-Muğan Regional Təhsil İdarəsində keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb. Heydər Əliyevin sayəsində Azərbaycan aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrildi. İkinci dəfə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə gələn Ümummilli Lider qısa zamanda ölkədə hökm sürən xaos və özbaşınalığa son qoydu, qlobal layihələrin əsasını yaratdı. Həmin əsaslar üzərində cənab Prezidentimiz İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna qoyaraq bölgədə və dünyada ən nüfuzlu ölkə halına gətirdi. İllərlə problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinə son qoydu, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin etdi. 

Tədbirdə çıxış edənlər bildiriblər ki, illər ötdükcə Ümummilli Liderin siyasi kursunun və inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır. Bu siyasi kurs sayəsində ölkəmizdə müstəqilliyimizin milli-ideoloji əsasları möhkəmlənib, suveren dövlətçilik institutlarımız yaranaraq möhkəmlənib. Hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri onun ərazi bütövlüyüdür. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan dünyada qalib, azad, güclü və milli maraqlarını ən yüksək səviyyədə qoruyan, prinsipial ölkə kimi tanınıb.

Sonda Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin və Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbin şagirdlərinin ifasında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış ediblər və şeirlər söyləyiblər.


Xəbər xətti