Rubio və Uitkoff Fransaya səfər edəcək

09:17 - 16 Aprel 2025 - DÜNYA

ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın xüsusi nümayəndəsi Steven Witkoff bu həftə Parisə səfər edərək Ukrayna münaqişəsi, İranla əlaqələr və ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tarifləri müzakirə etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Uitkoffun Fransa prezidenti Emmanuel Makronla görüşü gözlənilir. Rubio respublikanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot ilə danışıqlar aparacaq.
Ukrayna, İran və tariflərdən əlavə, İsrailin hərbi əməliyyat keçirdiyi Qəzza zolağı ətrafındakı vəziyyət də gündəmdə olacaq.

Hər iki görüşün dəqiq tarixi açıqlanmayıb.

Xəbər xətti