Vaşinqton-Tokio tarifləri üzrə danışıqlar aprelin 16-da ABŞ-da keçiriləcək

14:51 - 16 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp, maliyyə naziri Skott Bessenti və ticarət naziri Hovard Lutnik aprelin 16-da yaponiyalı həmkarları ilə tariflər və hərbi yardımla bağlı danışıqlar aparacaqlar.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri "Truth Social"da yazıb.
“Yaponiya bu gün tarifləri, hərbi dəstək xərclərini və ədalətli ticarəti müzakirə etmək üçün gəlir. Mən Xəzinədarlıq və Ticarət Naziri ilə birlikdə orada olacağam”, - Tramp vurğulayıb.

O, həmçinin ümid etdiyini bildirib ki, tərəflər Yaponiya və ABŞ üçün yaxşı nə isə razılaşa biləcəklər.

Xəbər xətti