Tesla Tramp tariflərinə görə Çindən hissələri almayacaq

08:12 - 16 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən tariflər Amerikanın Tesla şirkətinin Çindən Cybercab robot taksiləri və Semi elektrik yük maşınları üçün komponentlər almaq planlarını pozub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) kuratoru İlon Maska məxsus şirkət Trampın Çin mallarına 34% rüsum tətbiq etməsindən sonra əlavə xərcləri ödəməyə hazır idi, lakin hazırkı 145% tariflər "Tesla"nı Çindən ehtiyat hissələrinin idxalını qeyri-müəyyən müddətə təxirə salmağa məcbur edib.
Bu, şirkətin 2026-cı ilə planlaşdırılan yeni modellərin kütləvi istehsalına başlamasına mane ola bilər. Bu məqsədə çatmaq üçün Tesla yaxın aylarda lazımi komponentləri almağa başlamalıdır.

Xəbər xətti