Finlandiya ABŞ-a yumurta göndərməyəcək

00:00 - 17 Mart 2025 - DÜNYA

 Finlandiya hakimiyyət orqanları bürokratik çətinlikləri əsas gətirərək, bu məhsulun çatışmazlığı ilə üzləşən ABŞ-a toyuq yumurtası tədarükünü təsdiqləməkdən imtina edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü yerli televiziya şirkəti Yle məlumat yayıb.

Finlandiya Quşçuluq Assosiasiyasının icraçı direktoru Veera Lehtilä, yayımçıya razılaşdırılmış qaydalar olmadıqda, ixraca başlamaq asan olmadığını deyib.

Onun sözlərinə görə, Finlandiya ixraca başlasa belə, bunun ABŞ-a o qədər də faydası olmayacaq.
"Quş qripinə görə milyonlarla quşu öldürməli olduq. Finlandiyada cəmi 4 milyon yumurta verən toyuq var. Bizim götürə biləcəyimiz məbləğ yumurta qıtlığı problemini həll etməyəcək", - o əlavə edib.

Xəbər xətti