İsrail ordusu Qəzzaya hava zərbələri endirib

19:40 - 10 Mart 2025 - DÜNYA

İsrail qüvvələri Qəzza zolağında fələstinli radikal qruplaşmalara qarşı yenidən hücumlara başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Nuseyrat qaçqın düşərgəsi ərazisində hərbçilər İsrail əsgərləri yaxınlığında fəaliyyət göstərən və yerə partlayıcı qurğular yerləşdirməyə cəhd edən üç radikal qrupunu müşahidə ediblər.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri terrorçulara zərbə endirib.

Bundan əlavə, Qəzza şəhərinin şərqindəki Əl-Şücayyə bölgəsində hərbçilər partlayıcı qurğular yerləşdirməyə çalışan bir qrup radikala da atəş açıblar.

Xəbər xətti