ABŞ-ın hazırkı administrasiyası ABŞ-ın 46-cı prezidenti Co Baydenin əvvəlki xarici siyasət kursunu “qətiyyətlə pozub”.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən ikitərəfli danışıqlardan sonra Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib:
“Mənim administrasiyam əvvəlki administrasiyanın xarici siyasət dəyərlərindən qətiyyətlə ayrılır. Bizim administrasiyamız altında biz bütün dünyada sülh üçün yeni yol cızırıq", - Amerika lideri əlavə edib.
Onun sözlərinə görə, ABŞ və onun vətəndaşları Kiyevə göndərilən böyük məbləğlərə görə kompensasiyaya layiqdirlər.
“Əvvəlki administrasiya bu barədə düşünmürdü. Biz Ukrayna ilə kritik minerallar, nadir torpaq elementləri və bir çox başqa şeylər üzrə müqavilə bağlamalıyıq – bu, təhlükəsizlikdir”, - Tramp bildirib.