Litva RBS-70 qısa mənzilli hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Litva prezidenti Qitanas Nauseda deyib.
Nauseda bildirib ki, yaxın vaxtlarda RBS-70 hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcəyik.
Yanvarın sonunda Vilnüs daha bir qısa mənzilli hava hücumundan müdafiə sistemini Kiyevə təhvil verdi. Nə o vaxt, nə də indi tədarükün kəmiyyət parametrləri dəqiqləşdirilməmişdir.