Danimarka Ukraynaya əlavə 56,81 milyon dollar ayıracaq

00:00 - 24 Fevral 2025 - DÜNYA

Danimarka hökuməti Kiyevə humanitar yardım və ölkənin yenidən qurulması üçün əlavə 405 milyon kron (56,81 milyon dollar) ayırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hesabatda qeyd olunur ki, BMT-nin hesablamalarına görə, 2025-ci ildə demək olar ki, 13 milyon insanın humanitar yardıma ehtiyacı olacaq.

2022-ci ilin fevralından bəri krallıq Ukraynaya hərbi dəstək üçün 7,2 milyard avro və mülki yardım üçün təxminən 709 milyon avro ayırıb.

Xəbər xətti