Göyərtəsində 182 sərnişin olan təyyarədə yanğın olub

15:10 - 23 Fevral 2025 - DÜNYA

Qazaxıstanın paytaxtı Astanadan Aktauya uçan “Fly Arystan” aviaşirkətinin təyyarəsində sərnişinlərdən birinə məxsus bel çantası yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, fevralın 23-də Astana-Aktau marşrutu üzrə FS 7375 reysi ilə uçarkən təyyarənin yerüstü baqaj hissəsində sərnişinin bel çantası yanıb. Yanğın aviaşirkətin stüardessaları tərəfindən tez bir zamanda söndürülüb. Təyyarənin göyərtəsində 182 sərnişin olub.
Təyyarə öz uçuş nöqtəsinə qayıdıb və normal qaydada eniş edib.

Xəbər xətti