Ən çox qar bu rayona qar yağdı

10:38 - 24 Fevral 2025 - ÖLKƏ İÇİ

Azərbaycanda müşahidə olunan hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata əsasən, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 71, Qaxda (Sarıbaş) 50, Şəkidə (Kişçay) 40, Neftçalada 31, Lənkəranda 29, Yardımlıda 28, Qrızda 23, Balakən, Laçın və Qəbələdə 22, Daşkəsəndə 21, Kəlbəcər, Şahbuz və Astarada 20, Xaltan və Gədəbəydə 19, İsmayıllı, Naxçıvan və Biləsuvarda 16, Oğuz, Zərdab və Göygöldə 13, Xınalıq, Şuşada 12, Cəlilabad və Ağsuda 11, Qobustanda 10, əksər rayonlarda eyni zamanda Bakıda və Abşeron yarımadasında 9 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, Naxçıvan MR-də 14, dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər xətti