Dövlət Departamenti Ukraynaya 3000-dən çox ERAM raketinin mümkün satışını təsdiqləyib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Ukraynaya 825 milyon dollara 3000-dən çox ERAM raketi və digər sistemlərin mümkün satışını təsdiqləyib.
ERAM raketlərinin maksimum uçuş məsafəsi 450 kilometrdir.