Bu gün Ukraynanın BMT-dəki qətnamə layihəsi səsə qoyulacaq - Kiyev geri çəkilmədi

09:19 - 24 Fevral 2025 - DÜNYA

Ukrayna ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ukrayna münaqişəsinin tezliklə həllinə çağıran Amerika qətnaməsinin lehinə Rusiya qoşunlarının dərhal çıxarılması tələbi ilə hazırladığı qətnaməni BMT Baş Assambleyasından geri çəkməkdən imtina edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika rəsmisi və avropalı diplomat Associated Press-ə (AP) məlumat verib.

Ukrayna layihəsində Rusiyanın bütün silahlı qüvvələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarması tələbi var. ABŞ-ın qətnamə layihəsi Ukrayna böhranında faciəli insan itkisini etiraf edir və münaqişənin tez bir zamanda, o cümlədən onun əsas səbəblərini aradan qaldırmaqla sona çatmağa və Ukrayna ilə Rusiya arasında davamlı sülhün bərqərar olmasına çağırır.

Qeyd olunur ki, Baş Assambleya bazar ertəsi əvvəlcə Ukrayna layihəsini, daha sonra isə gözlənildiyi kimi Amerika layihəsini səsə qoyacaq.

Xəbər xətti