Evlilik sağlamlığınız üçün faydalıdır

08:42 - 24 Fevral 2025 - Cəmiyyət

Alimlər təsdiq edirlər ki, evlilik sağlamlığa müsbət təsir edir, depressiya ehtimalını azaldır və sosial dəstək verir.

Ucnoqta.az xəbər verir ki, müxtəlif ölkələrdən olan elm adamları evli insanların depressiya əlamətlərinin evli olmayanlara nisbətən daha az olduğunu göstərən təhlillər aparıblar. Maraqlıdır ki, bu xüsusilə kişilərə və ali təhsilli insanlara aiddir.

Alimlər dünyanın müxtəlif ölkələrindən olan yüz mindən çox insanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, subay insanlarda depressiv vəziyyətlərin yaranma ehtimalı 79% yüksəkdir. Amma boşanmış və dul qalmış insanlar üçün bu ehtimal daha da yüksəkdir - müvafiq olaraq 99% və 64%.

Tədqiqatçılar deyirlər ki, evli cütlüklər sosial dəstək mübadiləsi, resurslara çıxış və bir-birlərinə müsbət təsir səbəbindən depressiya səviyyəsinin aşağı olmasıdır.
Beləliklə, evlilik insana sosial və emosional təsir göstərməklə yanaşı, onun psixi sağlamlığına da müsbət təsir göstərir.

Xəbər xətti