Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu gün Ukraynaya yeni hərbi yardım paketini təqdim etməyə hazırlaşır, bu paketə sursat tədarükü də daxildir.
Ucnoqta.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kay Kallas deyib.
“Biz Rusiyaya qarşı həm oyun konsollarına, həm də kölgə donanmasına daxil olan 16-cı sanksiyalar paketini müzakirə edirik və inşallah qəbul edəcəyik.
Biz həmçinin Ukraynanı qısa müddətdə silah-sursatla təmin etmək üçün yeni müdafiə təşəbbüsləri irəli sürürük”, - o, birlik ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.