Naməlum vandallar İrəvanda Qələbə parkında Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni təhqir ediblər.
Ucnoqta.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində foto və videolar yayılır.
Kadrlardan görünür ki, fevralın 23-də oraya qoyulan əklillər səpələnib və sındırılıb.
İrəvanda müharibə cəbhələrində həlak olanların xatirəsinin təhqir olunması ilk dəfə deyil. 2024-cü il yanvarın 30-da vandallar mühasirədə olan Leninqrad uşaqlarının abidəsi önünə qoyulmuş əklilləri məhv etmişdilər.