Son 2,5 ayda ilk dəfə olaraq Günəşdə ən yüksək X maqnitudalı məşəl baş verib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin ilkin sinfi X2.0-dır. Sonuncu dəfə daha böyük alışma 8 dekabr 2024-cü ildə olub.
Hadisə bir gün əvvəl başlayan günəş aktivliyinin qeyri-adi sürətlə artdığını göstərir. Dünən böyük olanı da daxil olmaqla 3 M səviyyəli məşəl qeydə alınıb.
Günəş plazma buludunun kənarının sabah saat 17:40-da Yerə dəyəcəyi gözlənilir. Sürət - 1400 km/s. Proqnozlaşdırılan narahatlıq səviyyəsi güclü maqnit qasırğası G3-dür.
Qarşıda və yaxın günlərdə daha da böyük qasırğalar gözlənilir.