Neftin qiyməti 80 dolları ötdü

18:35 - 10 Yanvar 2025 - İQTİSADİYYAT

Neft bahalaşır

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında 2025-ci ilin martında çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti 2024-cü il oktyabrın 8-dən bəri ilk dəfə bir barel üçün 80 dolları ötüb.

Birjanın məlumatına görə, Brent markalı neftin qiyməti  80,38 dollara (+4,5%) alınıb. Eyni zamanda, 2025-ci ilin fevral ayında tədarük üçün WTI markalı xam neftin fyuçersləri 4,82% artaraq bir barel üçün 77,48 dollar olub.

Xəbər xətti