Meksikanın cənub-şərqində Villahermosa şəhərində (Tabasko ştatı) bara naməlum şəxslərin hücumu nəticəsində 5 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ştat hökumətinin mətbuat katibi Fernando Vaskes Rosasa istinadən El Universal məlumat yayıb.
Cinayətkarların tapılması üçün əməliyyata başlanılıb.
İlkin məlumatlara görə, hücum nəticəsində 7 nəfər yaralanıb.