Kamala Harris Konqresdə Trampın qələbəsini elan etdi

22:52 - 6 Yanvar 2025 - DÜNYA

ABŞ Konqresi birgə iclasında ölkədə 2024-cü il noyabrın 5-də respublikaçı Donald Trampın qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qanunverici orqanın hər iki palatasının birgə iclasına Senatın konstitusiya rəhbəri olan ABŞ-ın vitse-prezidenti Kamala Harris sədrlik edir.
O, ən yüksək hökumət postu uğrunda mübarizədə Trampın rəqibi olub.

İclasda bütün 50 ştat və Kolumbiya dairəsi tərəfindən hazırlanmış təsdiq edilmiş səs yekunları oxunub.
Bu Seçkilər Kollegiyasının bülletenləri yığıncaqda iki qırmızı qutuda təqdim edilib.
Hər bir ştatın sənədləri əlifba sırası ilə xüsusi təyin olunmuş qanunvericilər tərəfindən oxunub.

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens zalda iştirak etsə də Donald Tramp olmayıb.

Xəbər xətti