Ermənilərin Qarabağa qayıtması məsələsi müzakirə edilmir - Mirzoyan

16:18 - 8 Yanvar 2025 - DÜNYA

Ermənistan hökuməti erməni qaçqınlarının Dağlıq Qarabağa qaytarılması məsələsini Azərbaycanla danışıqların gündəliyinə daxil etmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

“Qarabağdan köçkün düşmüş soydaşlarımızın burada bütün ehtiyaclarını təmin etmək hökumətimizin siyasətidir, indi onların uzunmüddətli və orta müddətli ehtiyaclarını qarşılamağın vaxtıdır.
Biz əlimizdən gələni edəcəyik ki, bu insanlar özlərini Ermənistanda inteqrasiya hiss etsinlər” - Mirzoyan deyib.

“2020-ci il müharibəsindən sonra da bizim hakimiyyət Qarabağ ermənilərinin Qarabağda yaşaması və onlara müəyyən hüquqlar verilməsi üçün səylər göstərib. Bu səylər "Dağlıq Qarabağın indiki" (separatçı qurum -red.) və ola bilsin ki, "keçmiş hakimiyyət orqanları" (separatçı qurum -red.)  tərəfindən birmənalı qarşılanmayıb. Müəyyən mənada buna görə də bizdə olanlar var. İndi siz xarici işlər naziri kimi məndən soruşursunuz ki, geri qayıtmaq üçün danışıqlar aparırsınız? Bu, Dağlıq Qarabağda ermənilər yaşayanda müzakirə edilməli idi. Hansı şərtlərlə qayıtmaq lazımdır - Azərbaycan vətəndaşı kimi? Belə bir fürsət var idi.  Azərbaycan vətəndaşlarının erməni dilini öyrənmək hüququ varmı? Belə bir fürsət var idi. Təəssüf ki, yaxşı bir şey deyə bilmərəm”, - deyə o əlavə edib.

Xatrıladaq ki, 2020-ci ildə Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini qanunsuz işğal etmiş separatçı ermənilərə qarşı əks-hücum əməliyyatı keçirərək Azərbaycanın ərazi müstəqillliyini bərpa edib. Bundan sonra aparılan antiterror əməliyyatı zamanı Azərbaycan ərazisində qanunsuz məskənləşmiş ermənilər Qarabağı tərk edərək Ermənistana köçüb.

Xəbər xətti