Azərbaycan bu ölkəyə NOTA VERDİ

13:05 - 8 Yanvar 2025 - SİYASƏT

Azərbaycan üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verib.

Bu barədə “Report”un soruğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, zəruri tədbirlərin görülməsi məqsədilə Eritreyanın ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Azərbaycanın Efiopiya və Rusiyadakı səfirlikləri vasitəsilə qarşı tərəfə müvafiq nota vasitəsilə çatdırılıb.

Bundan başqa, Eritreya Xarici İşlər Nazirliyində, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Xəbər xətti