Afrikada saxlanılan gəmilər Azərbaycana aid deyil - AÇIQLAMA

10:14 - 8 Yanvar 2025 - Xəbər

Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya aid deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib.

O deyib ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırlar: “Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır”.

Qeyd edək ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb. Gəmilərin Bakıdan yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrika - Eritreya istiqamətinə yönəldiyi, guya Eritreya sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.

Xəbər xətti