Aİ-nin mülki missiyası Azərbaycanla sərhəddə monitorinq aparacaq

15:09 - 8 Yanvar 2025 - DÜNYA

Ermənistana delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddə vəziyyətə nəzarət etmək üçün Aİ-nin mülki missiyasına ehtiyac var.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

“Mən vurğulamağı vacib hesab edirəm ki, Aİ-nin mülki missiyasının müşahidəçiləri Ermənistan və Azərbaycan sərhədində qalmaqda davam edirlər ki, bu da mühüm amildir.
Biz əminik ki, Ermənistanla Azərbaycan arasında bölünməz sərhəd var olduqca, Aİ-nin missiyası bizim üçün mühüm və zəruridir” -nazir qeyd edib.

Xəbər xətti