Çin futbol çempionatının 7 qat qalibi "Quançjou" peşəkar statusunu itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Quançjou” yığılmış borclarına görə peşəkar səviyyədə turnirlərdə iştirakdan imtina etmək qərarına gəlib. Klub mövcudluğunu davam etdirmək üçün kifayət qədər vəsait toplaya bilməyib.
Quançjou 1954-cü ildə yaradılıb, 2011-ci ildən 2017-ci ilə qədər klub 7 dəfə ardıcıl olaraq Çin çempionatının qalibi olub, 2018-ci ildə isə turnirin gümüş mükafatçısı olub.
"Quançjou" iki dəfə Çin Futbol Assosiasiyası Kubokunu qazanıb, iki dəfə ölkə Superkubokunu qazanıb və Asiya Çempionlar Liqasının qalibi olub.///tass