Almaniyanın qərbindəki Rimbax (Hessen federal əyaləti) icmasında naməlum şəxs "Volksbank"ın filialına daxil olaraq girov götürüb.
Ucnoqta.az xəbər verir ki, polis bu barədə X-ə məlumat paylaşıb.
Bıçaqla silahlanmış təcavüzkar qadını tutub.
Qadın xəsarət almayıb. Hüquq-mühafizə əməliyyatı başa çatıb, digər təfərrüatlar hələlik verilməyib.