135 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar verildi

11:18 - 7 Yanvar 2025 - Cəmiyyət

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Yadigar Bilalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Ucnoqta.az xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yadigar Bilalov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, cinayət işi üzrə İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı zərərçəkən kimi tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 44750 manatlıq dələduzluqda ittiham olunur.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunan Yadigar Bilalov Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olub. Zərərçəkənlər isə qızıl alverçiləri olub.///pravda.az

Xəbər xətti